“Ukraynaya hərbi yardım, Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyadakı vəziyyət və Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar 2024-cü ildə Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının əsas mövzuları olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas jurnalistlərə müsahibəsində deyib.
“Ukraynadakı münaqişə və ona hərbi yardımın göstərilməsi Aİ-nin mütləq prioriteti olaraq qalır. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa görüşdə uzaqdan iştirak edərək cəbhədəki vəziyyət və Kiyevin ehtiyacları barədə məlumat verəcək”, – Kallas vurğulayıb.
Aİ nümayəndəsi qeyd edib ki, nazirlər Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 15-ci sanksiyalar paketini, eləcə də Moskvanın iddia edilən “hibrid hərəkətləri” üçün “yeni qara siyahı”nı təsdiq edəcəklər.
Xatırladaq ki, ötən həftə Aİ ölkələrinin daimi nümayəndələri Rusiya neftini daşıyan tankerlərə qarşı tədbirlər də daxil olmaqla, 15-ci sanksiyalar paketi barədə razılığa gəliblər.