Xəbərlər

Aİ Suriyaya təcili humanitar yardım çatdırmaq üçün hava əməliyyatına başlayıb

Avropa Komissiyası (AK) Suriya əhalisinə təcili humanitar yardımın çatdırılması üçün hava əməliyyatına başlayır.

“Füyuzat”ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Avropa Komissiyası təcili tibbi yardım və digər zəruri ləvazimatları çatdırmaq və humanitar maliyyəni artırmaq üçün Suriyada ən çox ehtiyacı olanlara yeni Humanitar Hava Körpüsü əməliyyatına başlayır”, – bəyanatda deyilir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə görə, Bəşər Əsədin hakimiyyətinin sona çatması təkcə dəyişikliklər deyil, həm də risklər və çətinliklər gətirib: “Yerdəki vəziyyətin bu qədər kövrək olduğu bir vaxtda Suriya xalqına yardımımız daha vacibdir. Buna görə də biz bu il üçün humanitar maliyyələşdirməmizi 160 milyon avrodan çox artırdıq. Biz həmçinin həyati əhəmiyyət daşıyan humanitar hava körpüsünü işə salırıq. Bu niyyətlərimiz qida, dərman və sığınacaq kimi ləvazimatlarla təmin olunub”.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyaya humanitar yardımın çatdırılmasını müzakirə edəcəyini də əlavə edib.