“Avrasiya İqtisadi İttifaqı (Aİİ) Misir, İndoneziya və BƏƏ ilə ticarətin liberallaşdırılmasına dair sazişlərin razılaşdırılması üzərində işləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
“Aİİ mövcud olduğu illər ərzində müxtəlif sahələrdə mühüm uğurlar qazanaraq beynəlxalq iqtisadi münasibətlərdə mühüm oyunçuya çevrilib. Bunu Vyetnam, İran və Serbiya ilə azad ticarət sazişləri, Çinlə iki qeyri-preferensial saziş və Avrasiya İqtisadi Komissiyasının müxtəlif ölkələr və inteqrasiya birlikləri ilə 80-dən çox əməkdaşlıq memorandumu da daxil olmaqla geniş beynəlxalq əlaqələr şəbəkəsi təsdiq edir”, – bəyənatda bildirilib.