Bu kiçik orqanoidlər, yəni mini beyinlər insan beyin hüceyrələrinin kiçik modelləridir.
Onlar düşünmür və şüura sahib deyil, amma beynin bəzi hüceyrə fəaliyyətlərini təqlid edə bilirlər.
“Füyuzat” xəbər verir ki, alimlər mini beyinləri beyin xəstəliklərini öyrənmək, dərmanların təhlükəsizliyini test etmək və hüceyrələrin davranışını müşahidə etmək üçün istifadə edirlər.
Qeyd edək ki, bu mini beyinlər ağrı hiss etmir və etik qaydalarla hazırlanır.



