Xəbərlər

Alman polisi Rusiyaya casusluq edən iki şəxsi həbs edib

Almaniyada Rusiyanın xeyrinə casusluqda və təxribat törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı xəbər verib.

“Der Spiegel” jurnalı təxribatçıların hədəflərinin hərbi yük marşrutları olduğunu iddia edib.

Bavariyanın Bayreuth şəhərində keçirilən əməliyyat zamanı 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J. saxlanılıb.

Qeyd edək ki, çərşənbə günü Dieter S. və Alexander J. Karlsrue şəhərinə gətirilərək, federal məhkəmədə hakimlər qarşısına çıxarılıb.