Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukranya mətbuatı məlumat yayıb.
Bildirilir ki, növbəti yardım partiyasına dörd ədəd “PzH 2000” özüyeriyən haubitsa və yeddi ədəd “M109” haubitsa, 41 000 ədəd 155 mm-lik artilleriya sursatı, 47 minaya davamlı zirehli texnika, Karakal desant maşınları və digər silahlar daxildir.