Almaniyanın Mannheim şəhərində avtomobil izdihamın üzərinə çırpılıb. İlkin məlumata görə, bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
“Füyuzat”ın məlumatına görə, polis bölgədə əməliyyata başlayıb.
“Mannheimer Morgen” qəzeti qeyd edib ki, sözügedən hadisə Almaniyanın Reynland bölgəsi də daxil olmaqla bir çox şəhərlərdə keçirilən karnaval tədbirləri zamanı baş verib.
Şəhərin mərkəzindəki Paradeplatz meydanından yüksək sürətlə hərəkət edən qara rəngli yolsuzluq avtomobili şəhərin görməli yerlərindən biri olan su qülləsinə doğru gedərkən insanların üzərinə sürüb.