Xəbərlər

AMQF-də “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda ictimai müzakirə keçirilib

4 noyabr 2026-cı il tarixində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə keçirilən müzakirədə millət vəkilləri, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, alimlər iştirak ediblər.

“Füyuzat” xəbər verir ki, müzakirəyə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşı, “Füyuzat” dərgisinin məsul redaktoru Samir Ramizoğlu da qatılıb.

Çıxışlarda azərbaycançılıq ideologiyasının milli birliyin, dövlət suverenliyinin və ictimai həmrəyliyin möhkəmləndirilməsində rolu, milli-mənəvi dəyərlərin, ana dilinin və mədəni irsin qorunması, müasir geosiyasi və informasiya çağırışlarına qarşı cəmiyyətin dayanıqlığının artırılması məsələləri diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılar fikir mübadiləsi aparıb, gələcək təşəbbüslərlə bağlı təkliflərini səsləndiriblər.