Xəbərlər

“ANİMAFİLM” jurnalı işıq üzü görüb

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı animasevərləri yeni animasiya məhsulları ilə sevindirməkdədir. Bu gün Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin birgə hazırladığı və Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən “ANİMAFİLM” jurnalı ilk dəfə tamaşaçılara təqdim ediləcək.

“Füyuzat“ın məlumatına görə, bu barədə Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib.

Jurnalın ilk nömrəsində oxuculara bir-birindən maraqlı müsahibələr, yeni layihələrin anonsları, beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edən yeni Azərbaycan animasiya filmləri, komikslər və əlbəttə ki, 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının gündəliyinə daxil edilən filmlər haqqında məlumatlar, proqram yer alıb.

“ANİMAFİLM” jurnalı bu nömrəsində “Qısa hekayə və illüstrasiya” müsabiqəsinin qaliblərini elan edib. Qaliblərin təqdim etdiyi təsvirlər və hekayələri oxumaq üçün jurnalı vərəqləmək kifayətdir.