Xəbərlər

Ankara Ukraynada planlaşdırılan yenidənqurma layihələrinin siyahısını alıb

Türkiyə Ukrayna tərəfindən ölkənin yenidən qurulması üçün yazda tenderlərinin keçirilməsi gözlənilən layihələrin siyahısını alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilir ki, Ukraynanın müvafiq idarələri tərəfindən tərtib edilən və Ukraynanın Türkiyədəki səfirliyi vasitəsilə ötürülən bu siyahıya icrası təcili və 2025-ci ildə baş tutmalı olan layihələr daxildir. Tenderlərin aprel-may aylarında keçirilməsi planlaşdırılır.