Xəbərlər

Apple öz xəritələrində Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib

“Google”dan sonra Amerika texnologiya korporasiyası “Apple” da ABŞ prezidenti Donald Trampın sərəncamına uyğun olaraq ABŞ-dakı istifadəçilər üçün hazırladığı xəritələrdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

“Söhbət əksər “Apple” cihazlarında, o cümlədən iPhone, iPad və Mac-da quraşdırılmış “Xəritələr” tətbiqindən gedir. “Apple” hələlik yalnız ABŞ istifadəçiləri üçün körfəzin adını dəyişib, lakin tezliklə onu bütün dünyadakı istifadəçilərə təqdim etməyi planlaşdırır”, – məlumatda bildirilib.

Qeyd edək ki, Tramp yanvarın sonlarında, inauqurasiyasından qısa müddət sonra Meksika körfəzinin adının Amerika körfəzi adlandırılması ilə bağlı sərəncam imzalayıb.