“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiya və ABŞ arasında danışıqları dəstəkləyir və onlar arasında bağlanmış istənilən sazişin həyata keçirilməsinə yardım göstərməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Budapeştdə Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşündən sonra mətbuat konfransında deyib.
“Ukraynada müharibəyə son qoymaq səyləri son dərəcə vacibdir, eyni zamanda ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılması da vacibdir. ATƏT-in təcrübəsi çox genişdir. Ona görə də tərəflər bütün bunlardan istifadə etmək istəsələr, biz onlar arasında yeni təhlükəsizlik arxitekturasının yaradılmasına yönələcək istənilən sazişin icrasına nəzarət etməyə hazır olacağıq”, – ATƏT-in baş katibi bildirib.