Xəbərlər

ATƏT: Ukraynada münaqişəyə son qoymaq səylərini dəstəkləməyə hazırıq

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynadakı vəziyyətin nizamlanması üçün səyləri dəstəkləməyə və lazımi yardımı göstərməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ATƏT-in baş katibi Firudin Sinirlioğlu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekununda deyib.

“İnanıram ki, indi bizim Ukraynada davam edən müharibəyə son qoymaq imkanımız var. Biz bu müharibəni dayandırmalıyıq, əlimizdə olan fürsətdən istifadə etməliyik. ATƏT Ukraynada və ondan kənarda tərəflərə fayda verə biləcək hər hansı bir şəkildə müharibəni dayandırmaq üçün səyləri dəstəkləməyə hazırdır. Mən ATƏT-in baş katibi kimi lazımi yardımı göstərməyə hazıram”, – o qeyd edib.