Xəbərlər

ATƏT: Ukraynada nizamlanmaya töhfə verməyə hazırıq

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynada münaqişənin nizamlanmasına yönəlmiş səyləri dəstəkləməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu təşkilatın baş katibi Feridun Sinirlioğlu Moskvaya səfərinin yekunlarına dair mətbuata açıqlamasında deyib.

Onun fikrincə, indi münaqişəyə son qoymaq üçün “imkan var”.

Qeyd edilir ki, ATƏT indi və razılaşma əldə edildikdən sonra “tərəflər üçün faydalı olan istənilən formada” dəstək verməyə hazırdır.

Xatırladaq ki, Sinirlioğlu Rusiyaya səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın insan haqları üzrə komissarı Tatyana Moskalkova ilə görüşüb.