Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Suriya ilə bağlı yenilənmiş strategiyanı təqdim etmək niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bunu Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas deyib.
Onun sözlərinə görə, Aİ ölkələri Suriyanın sabitliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün strategiyanın əsas komponentləri barədə razılığa gəliblər: “Dünən Aİ xarici işlər nazirləri bu prinsipləri bir daha təsdiqlədilər və Suriya ilə bağlı yeni yanaşmaların sürətlə inkişaf etdirilməsi təklifini dəstəklədilər”.
Kallas Aİ-nin Brüsseldə “Suriyanın gələcəyinə dair konfrans” üçün hazırlıqlara başladığını da söyləyib.