Xəbərlər

Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırıb

“Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro dəyərində vəsait ayırıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro dəyərində vəsait vermişik ki, bu vəsaitin 50 milyard avrosu silahlar üçün ayrılıb. Bu ayın sonuna qədər Aİ ölkələrində təlim keçmiş ukraynalı hərbçilərin sayı isə 75 minə çatacaq. Brüssel ABŞ olmadan da təkbaşına Kiyevi dəstəkləməyə hazırdır”, – Kallas əlavə edib.