“Avstraliya hökumətinin Kiyevə vəd etdiyi istismardan çıxarılan “M1A1 Abrams” tankları artıq Ukraynaya göndərilib”.
“Füyuzat”ın məlumatına görə, bunu Avstraliyanın Baş naziri Entoni Albanese onlayn brifinq zamanı deyib.
“M1A1 Abrams” tankları Ukraynaya göndərilir. Biz Ukraynaya hərbi dəstək verməyə davam edəcəyik. Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı 1400-dən çox sanksiya tətbiq edib. Biz Rusiyaya təzyiq göstərmək üçün başqa nə edə biləcəyimizi nəzərdən keçirməyə davam edirik”, – Baş nazir əlavə edib.