Xəbərlər

Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək

“Avstraliya federal hökuməti əcnəbi vətəndaşların ölkədə mənzil almasına qadağa qoymağa hazırlaşır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya baş xəzinədarı məlumat yayıb.

“Hökumət ən azı iki il ərzində xarici investorların tikintisi başa çatmış yaşayış binalarını almasına qadağa qoyacaq və həmçinin xarici torpaqların satın alınması ilə bağlı bank əməliyyatlarına ciddi nəzarət tətbiq edəcək. Bu, milli mənzil bazarında qiymətləri aşağı salmaq üçün edilir”, – o qeyd edib.