“Avstraliya müdafiə üçün dövlət xərclərini artırmağla bağlı ABŞ-la danışmağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Avstraliyanın müdafiə naziri Riçard Marles deyib.
“Amerikalılar dostlarından və müttəfiqlərindən daha çox şey istədiklərini açıq şəkildə bildiriblər. Avstraliya ABŞ-la əlaqəmiz baxımından bu addıma tam hazırdır. Kanberra artıq son bir neçə ildə hökumətin müdafiə xərclərini artırıb”, – nazir qeyd edib.