Xəbərlər

Avstraliya növbəti 10 ildə müdafiə xərcləri üçün əlavə 50 milyard dollar büdcə ayıracaq

Avstraliya qarşıdakı 10 ildə müdafiə xərcləri üçün 50 milyard dollarlıq əlavə büdcə ayracaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib.

Marles “İnteqrasiya edilmiş İnvestisiya Proqramı” (IIP) və ölkənin müdafiə büdcəsinin artırılması planını ehtiva edən 2024-cü il Milli Müdafiə Strategiyasını təqdim edib.

“10 illik müddətdə Avstraliyanın müdafiə büdcəsinə 50 milyard dollar əlavə ediləcək, 72,8 milyard dollar isə mövcud xərclərin yenidən təşkili ilə müdafiə xərclərində istifadə edilə biləcək”, – Marles qeyd edib.

Nazir həmçinin qeyd edib ki, hökumətin yeni planı çərçivəsində uzaqmənzilli raketlərin, hədəf nişanlı və avtonom silah sistemlərinin hazırlanmasına 1 milyard dollardan çox vəsait ayrılacaq.

Müdafiə sahəsində təxminən 4400 işçiyə ehtiyac olduğunu ifadə edən Marles əlavə edib: “Avstraliyadan olmayan bəzi vətəndaşlar immiqrasiya proqramı ilə orduya qatıla biləcə”.

Qeyd edək ki, Avstraliyanın müdafiə büdcəsindəki bu artımla müdafiə xərcləri 2033-2034-cü illərdə ölkənin ümumi daxili məhsulunun təxminən 2,4 faizini təşkil edəcək.