Xəbərlər

Avstriya XİN: Aİ Suriyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır

“Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır, lakin Dəməşqin yeni rəhbərliyi öhdəliklərini yerinə yetirməsə, biz bu qərarımızı geri ala bilərik”.

“Füyuzat”ın məlumatına görə, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyib.

“Suriya yol ayrıcındadır. Biz sadəlövh deyilik. Dəməşqin yeni rəhbərliyi öz öhdəliklərini yerinə yetirməsə, qərarlarımız ləğv edəcəyik”, – nazir bildirib.