“Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Tramp administrasiyası ilə ticarət tarifləri ilə bağlı danışıqlarda güc nümayiş etdirməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer deyib.
“Bəli, bu, ticarət müharibəsidir. Ona görə də bizim Avropada, eləcə də Avstriyada Trampa qarşı mübarizədə öz gücümüzü birlikdə göstərməyimiz çox vacibdir. Biz avstriyalıları qorumağa borcluyuq”, – nazir qeyd edib.