“Fevralın 18-də Səudiyyə Ərəbistanında Ukrayna böhranının həllinə həsr olunmuş ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri digər məsələlərlə yanaşı iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara hazırlıq məsələlərini də müzakirə edəcəklər.