Xəbərlər

Azərbaycan Almaniyanı Xocalı soyqırımını tanımağa çağırıb

Azərbaycanın Berlindəki səfiri Nəsimi Ağayev Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımağa çağırıb.

Bu barədə səfir Xocalı qətliamının 33-cü ildönümü ilə bağlı Almaniya mətbuatına açıqlamasında bildirib.

“Avropanın aparıcı demokratik dövləti kimi Almaniyanın tarixi cinayətlərlə mübarizədə xüsusi məsuliyyəti var. Ümid edirəm ki, yeni Almaniya hökuməti Xocalını nəinki soyqırımı kimi tanıyacaq, hətta beynəlxalq araşdırmalar üçün də fəal şəkildə çalışacaq”, – o qeyd edib.

Ağayev Xocalı qətliamına səssiz qalmağın düzgün seçim olmadığını bildirərək, “Xocalıya ədalət təkcə azərbaycanlıların tələbi deyil, ümumbəşəri humanitar məsələdir”, – deyə bildirib.