Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım göndərilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Report” məlumat yayıb.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.



