Xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə cüzi artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Verilən məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 0,3 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 % artıb, son 1 ildə isə 5,1 % azalıb.