Ötən il Azərbaycandan Özbəkistan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 93,108 milyon ABŞ dolları təşkil edib.
“Füyuzat”ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Məlumata görə, birbaşa investisiyaların həcmi bir il ərzində 4 dəfə və ya 69,868 milyon ABŞ dolları artıb.
Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcmində Özbəkistanın payı 5,8 % təşkil edir.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan digər ölkələrin iqtisadiyyatlarına birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları (-43,5 %) təşkil edib.
2023-cü ildə Azərbaycandan Özbəkistana birbaşa xarici investisiyaların həcmi 23,239 milyon ABŞ dolları, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların ümumi həcmi isə 3,117 milyard ABŞ dolları təşkil edib.