Xəbərlər

Azərbaycan Somali ilə neft-qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycanın Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında yazıb.

Onun sözlərinə görə, Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə enerji tərəfdaşlığının qurulması üçün imkanlar dəyərləndirilib.

“Bu sənəd, neft və qaz layihələri sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqla əməkdaşlığın inkişafı üçün mühüm bir addımdır”, – deyə nazir qeyd edib.