Xəbərlər

Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimində zərbə PUA-sı ilə məşq edilib – VİDEO

Ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.