Xəbərlər

Azərbaycan və Somali əməkdaşlıq sahələrini genişləndirməyi planlaşdırır

Azərbaycan və Somali əməkdaşlıq sahələrini genişləndirməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Somali Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu məsələ Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiki ilə Moqadişoya səfərdə olan Azərbaycan XİN başçısının müavini Yalçın Rəfiyev arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər əməkdaşlığın dərinləşdirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin iki ölkə arasında daha məhsuldar tərəfdaşlığın inkişafına ümumi sadiqliyi müzakirə ediblər.