Xəbərlər

Azərbaycanda 11 günlük tətil martın 20-də başlayır

“Füyuzat”ın məlumatına görə, bu il Novruz və Ramazan bayramları eyni tarixlərə təsadüf edib və bu da qeyri-iş günlərinin sayını artırıb.

Novruz bayramı 20-24 mart tarixlərində qeyd olunur. Əmək Məcəlləsinə əsasən, 21 və 22 mart şənbə və bazar günlərinə təsadüf etdiyindən 25 və 26 mart da qeyri-iş günləri elan edilir.

Bundan əlavə, Ramazan bayramının həftəsonu ilə üst-üstə düşməsi səbəbindən 27 və 30 mart tarixləri də qeyri-iş günləri elan edilib.

Bayramdan sonrakı ilk iş günü 31 mart olacaq.