Xəbərlər

Azərbaycanda pul bazası apreldə 800 milyon manata yaxın azalıb

Bu günə Azərbaycanda pul bazası 20 milyard 719,3 milyon manat təşkil edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Verilən məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə 778,8 milyon manat və yaxud 3,6 % azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 0,9 %, azalıb, son 1 ildə isə 3,6 % artıb.