Xəbərlər

Azərbaycanda təmassız ödəniş qəbul edən POS-terminalların sayı 41 % artıb

2024-cü ildə Azərbaycanda təmassız ödənişləri qəbul edən 117,3 min POS-terminal olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 41,4 % çoxdur.

Hesabat tarixinə təmassız ödənişləri qəbul edən POS-terminallar bütün POS-terminalların 98,1 %-ni təşkil edib.