Xəbərlər

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin ölüm hökmü təsdiqlənib

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını törədən şəxslə bağlı edam cəzasını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Ədliyyə Nazirliyinin sözçüsü Əsgər Cihangir paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib.

“Məhkəmənin qərarından sonra Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı çıxarılan ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndi. Hücum edən şəxsə verilən cəza hücum qurbanının ailəsinin razılığı ilə icra olunacaq”, – sözçü bildirib.