Dünyada və ölkədə baş verən önəmli və aktual xəbərləri cəmiyyətə çatdıran televiziya kanalı – Baku TV yeddi yaşını qeyd edir.
“Füyuzat”ın məlumatın görə, 2018-ci il fevralın 18-də fəaliyyətə və bu gün ölkə ilə yanaşı, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdə də xüsusi müxbirləri olan kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.
Əsas istiqaməti Azəbaycan və dünyanın siyasi, sosial və iqtisadi həyatındakı hadisələri operativ şəkildə işıqlandırmaq olan Baku TV həm də rəngarəng, zəngin və maraqlı məlumatlar çatdırmaqla tamaşaçı sevgisini və etimadını qazanıb.
Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə keyfiyyətli xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də “Azərspace” peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.
Həmkarlarımızı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.