Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 22-yə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə PBS telekanalı məlumat yayıb.
Martın 28-də Myanmada bir neçə güclü zəlzələ baş verib, onlardan birinin maqnitudası 8,2 olub. Zəlzələlər Tailand, Çin və Vyetnamda hiss olunub. Banqkokda tikilməkdə olan çoxmərtəbəli bina yeraltı təkanlar nəticəsində uçub. Tailandda fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət aprelin 1-də ləğv edilib.