Xəbərlər

Banqladeş, Hindistan, Çin, Laos, Myanma və Tailand sərhəd təhlükəsizliyini müzakirə edəcək

“Dekabrın 19-da Banqkokda Hindistan, Çin, Laos, Myanma və Taylandın nümayəndələri sərhəd təhlükəsizliyi və transmilli cinayətkarlıqla mübarizə məsələlərini müzakirə edəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tailand Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Tailandın xarici işlər naziri dekabrın 19-da Banqkokda 6 ölkənin – Banqladeş, Çin, Hindistan, Laos, Myanma və Tailand nümayəndələrinin iştirakı ilə qeyri-rəsmi məsləhətləşmələr keçirəcək. Sərhəd təhlükəsizliyinin təmin edilməsinə və transmilli cinayətkarlıqla mübarizəyə, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi və internet fırıldaqçılıqla mübarizəyə xüsusi diqqət yetiriləcək”, – məlumatda bildirilib.