Xəbərlər

Bayden Romaya səfər edəcək

ABŞ-ın hazırkı prezidenti Co Baydenin yanvarın 9-12-də Romaya səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında bildirilib.

“Bayden ABŞ-İtaliya münasibətlərinin gücünü vurğulamaq və Baş nazirə minnətdarlığını bildirmək üçün İtaliya rəhbərliyi ilə görüşəcək. ABŞ lideri Papa Fransisk, İtaliya prezidenti Sercio Mattarella və Baş nazir Giorgia Meloni ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyi planlaşdırır”, – bəyənatda qeyd olunub.