Xəbərlər

Bayden Trampın andiçmə mərasimində iştirak edəcək

Ağ Ev ABŞ-ın hazırkı prezidenti Co Bayden və xanımı Cil Baydenin yanvarın 20-də ölkənin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcəyini təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bayden seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq andiçmə mərasimində iştirak edəcəyinə söz verdi, o və birinci xanım bu vədi yerinə yetirəcək və andiçmə mərasimində iştirak edəcəklər”, – Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts brifinqdə çıxışı zamanı bildirib.

O əlavə edib ki, Bayden Trampın andiçmə mərasimində iştirakını demokratik dəyərlərə sadiqliyin nümayişi kimi qiymətləndirir və həmçinin vurğulayıb ki, mövcud administrasiya hakimiyyətin nizamlı və səmərəli keçidini təşviq etməyə davam edəcək.