Xəbərlər

BƏƏ-də güclü yağış səbəbindən uçuşlar ləğv edilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) güclü yağışlar səbəbindən bəzi reyslər təxirə salınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BƏƏ rəsmi agentliyi WAM xəbər yayıb.

“Paytaxt Abu Dabi və Dubainin müxtəlif bölgələrində, xüsusən də şəhərlərdə şiddətli yağıntı insanların həyatına mənfi təsir etdi. Yağış səbəbindən daşqınlar baş verərkən, küçə və prospektlərdə bəzi avtomobillər su altında qalıb”, – xəbərdə qeyd edilib.

BƏƏ avia şirkətlərindən biri olan “Fly Dubai” əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərini ləğv edərkən, bir çox reyslər də təxirə salınıb.