Xəbərlər

BƏƏ: Fələstin dövləti olmadan Qəzzanın yenidən qurulması mümkün deyil

“Qəzza zolağının yenidən qurulması Fələstin dövlətinin yaradılması qərarının icrası olmadan mümkün deyil, çünki anklavın bərpası layihəsinə investisiya cəlb etmək üçün siyasi sabitlik tələb olunur”.

“Füyuzat”ın məlumatına görə, bunu BƏƏ hökumətinin başçısının diplomatik müşaviri Ənvər Qarqaş deyib.

“Qəzzanın yenidənqurma planına ehtiyacı var, lakin bu plan iki dövlətli həllə aparan aydın yol olmadan həyata keçirilə bilməz. Aydındır ki, sərmayələrdən səmərəli istifadəni müəyyən edəcək yol xəritəsini qəbul etmək üçün siyasi sabitlik lazımdır”, – o qeyd edib.