Xəbərlər

Belçika və Ukrayna təhlükəsizlik sazişi imzalayıb

Belçika və Ukrayna hakimiyyəti 2024-cü ildə Kiyevə 977 milyon avro məbləğində hərbi yardımın ayrılmasını və 2028-ci ilin sonuna qədər 30 ədəd F-16 qırıcısının çatdırılmasını nəzərdə tutan 10 il müddətinə təhlükəsizlik sazişi imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo məlumat verib.

“Belçika və Ukrayna təhlükəsizlik sazişi imzalayıblar, bu saziş Ukraynaya ən azı 977 milyon avro hərbi yardımın ayrılmasını nəzərdə tutur”, – nazir bildirib.

“Müqavilə Ukraynaya növbəti 10 il ərzində hərbi təchizat verilməsini nəzərdə tutur. Sənəddə təyyarələrin təhvil verilməsi ilə yanaşı, Ukrayna üçün zirehli texnika, dəniz pilotsuz uçuş aparatları, yüngül silahlar və sursatların təchizatının genişləndirilməsi, hərbi təlimlər nəzərdə tutulur”, – De Kroo əlavə edib.