Xəbərlər

Bəqayi: İran İsrailin istənilən təhdidinə qəti şəkildə cavab verəcək

“İran İsrailin istənilən təcavüzünə qəti şəkildə və bütün gücü ilə cavab verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi İsrailin Baş naziri Benyamin Netanyahunun Yəmənin Husilər tərəfindən Ben Qurion hava limanını atəşə tutmasında iştirak etdiyi iddiası ilə Tehrana qarşı təhdidlərini şərh edərkən deyib.

“Biz bütün gücümüzlə istənilən təcavüzə mütləq ən qəti şəkildə cavab verəcəyik. Buna şübhə etməyin. Tehrana haradan hücum edilməsinin əhəmiyyəti olmayacaq, əks cavab istənilən istiqamətdən gələcək”, – o vurğulayıb.