“Səudiyyə Ərəbistanında baş tutan ABŞ-Ukrayna danışıqları sülh yolunda dönüş nöqtəsi ola bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” səhifəsində qeyd edib.
“Ukrayna və ABŞ arasında baş tutan danışıqların nəticəsi Ukraynanın davamlı sülh və təhlükəsizlik axtarışında mühüm dönüş nöqtəsi ola bilər. Almaniya tərəfdaşlarımızla birlikdə bu yolda Ukrayna xalqını dəstəkləməyə davam edəcək”, – nazir bildirib.