Xəbərlər

Berbok: İranı təcrid etmək lazımdır

“İran təcrid olunmalıdır və eyni zamanda, daha çox gərginlik yolverilməzdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok söyləyib.

“Əlbəttə, bu misli görünməmiş insidentə reaksiya olmalıdır, lakin bölgədə daha da eskalasiyaya yol verilə bilməz. Bunun İsraildə, İordan çayının qərb sahilində, Livanda yaşayan insanlar üçün ölümcül nəticələri olacaq”, – Berbok bildirib.