Xəbərlər

Berlində ictimai nəqliyyat işçilərinin tətili başlayıb

“Almaniyanın paytaxtında Berlin Nəqliyyat Müəssisələrinin (BVG) əməkdaşlarının tətili keçirilir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Berlin Nəqliyyat Müəssisəsindən bildirilib.

“Tətil saat 03:00-da (Bakı vaxtı ilə 06:00) başlayıb və ertəsi gün saat 03:00-a qədər (Bakı vaxtı ilə 06:00) davam edəcək. Berlində metro, əksər marşrutlarda tramvay və avtobuslar işləməyəcək. Tətil regional və şəhərətrafı qatarlara təsir etməyəcək. Sərnişinlər üçün tətilin nəticələrini yumşaltmaqdan ötrü Berlinin bəzi ərazilərində əlavə “S-Bahn” qatarları hərəkət edəcək”, – məlumatda bildirilib.