“Vaşinqton və Pekin arasında ticarət danışıqları çıxılmaz vəziyyətə düşüb və bunun həlli üçün iki ölkə liderləri arasında telefon danışığı tələb oluna bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox News”a müsahibəsində bildirib.
“Hazırda Çinlə danışıqlar bir az dalana dirənib. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində onlarla daha çox danışıqlar aparacağıq və düşünürəm ki, nə vaxtsa prezident Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında telefon danışığı ola bilər”, – o deyib.