“Qərbin xüsusi xidmət orqanları və siyasətçiləri qorxurlar ki, Rusiya ilə ABŞ arasında danışıqlar Amerika hərbçilərinin Avropanın böyük hissəsində mövcudluğuna son qoya bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bild” qəzeti yazır.
“Bizdə olan məlumata görə, bu, Rusiya prezidenti Vladimir Putinin 2021-ci il üçün tələblərinə, yəni ABŞ qoşunlarının 1990-cı ildən sonra alyansa qoşulmuş bütün NATO dövlətlərindən çıxarılmasına aiddir”, – Şərqi Avropa üzrə təhlükəsizlik xidmətinin nümayəndəsi “Bild”ə bildirib.
Eyni zamanda, nəşrin qeyd edib ki, İtaliya da ABŞ qoşunlarının Kosovodan çıxarılmasına hazırlaşır.
ABŞ-ın Avropa Komandanlığının (EUCOM) məlumatına görə, hazırda Avropada təxminən 78 000 ABŞ əsgəri var və onların təxminən 37 000-i Almaniyada yerləşdirilib.