Xəbərlər

Blinken: ABŞ Cənubi Koreyanın demokratik normalara hörmətlə yanaşmasını gözləyir

“Vaşinqton administrasiyası Cənubi Koreyada vəziyyətin gələcək inkişafının demokratik normalara uyğun baş verəcəyini gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yeol ilə telefon danışığında deyib.

“Blinken Koreya Respublikasında hərbi vəziyyətin tətbiqindən dərin narahatlığını ifadə edib və onun aradan qaldırılmasını alqışlayıb. O, Koreya Respublikasında demokratiyanın davamlılığına inamını ifadə edib. Blinken Koreya Respublikasında demokratik prosesin üstünlük təşkil edəcəyini gözləyir”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller mövzu ilə bağlı açıqlamasında qeyd edib.