Xəbərlər

Blinken və Makron Ukrayna, Suriya və Qəzzadakı vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken və Fransa prezidenti Emmanuel Makron Parisdəki görüş zamanı Ukrayna, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyənatında bildirilib.

“Dövlət katibi Blinken bu gün Parisdə Fransa prezidenti Emmanuel Makron ilə görüşüb. Blinken və Makron Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyimizi, eləcə də Çinin Rusiyanın müdafiə sənayesi bazasına dəstəyi ilə bağlı narahatlıqları müzakirə ediblər”, – məlumatda bildirilib.